Hakimlər tətil elan etdi - çempionat dayandı

01:01 - 12 Mart 2017

Meksika çempionatında X turun oyunları təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı Meksika Futbol Federasiyasının rəsmi saytı yayıb. Buna hakimlərin tətil elan etməsi səbəb olub.

 

Belə ki, hakimlər onlara təzyiq göstərən futbolçuların düzgün şəkildə cəzalandırılmamasından narazıdır. Son turda “Amerika”nın müdafiəçisi Pablo Aqilar və “Toluka”nın hücumçusu Enrike Triverio oyunun gedişində hakimə hücum ediblər. Onlar müqavfiq olaraq 10 və 7 oyunluq cəza alıb. Hakimlər bu cəzanın çox yüngül olduğunu bildirirlər.

Xəbər xətti