Kasilyas şəxsi rekordunu qırdı

19:39 - 12 Mart 2017

"Portu"nun qapıçısı İker Kasilyas yüksək səviyyədə çıxış etməyə davam edir.

 

Sportal.az xəbər verir ki, təcrübəli əlcək sahibi Portuqaliya Premyer Liqasının son turunda "Aroka"ya qarşı oyunda (4:0) "quru hesab"ı qorumaqla özünə məxsus rekordu qırıb. 

 

20 illik karyerasında 3 dəfə 15 oyunluq (2004/05, 2005/06, 2009/10) seriyaya nail olan ispan qolkiper bu dəfə 16-cı oyunda da qol buraxmayıb. 

 

Qeyd edək ki, Kasilyas bu mövsüm Premyer Liqada qapısından 11 qol buraxıb.

Xəbər xətti