Hakimlər qalib gəldi

14:48 - 14 Mart 2017

Bir müddət öncə ölkə çempionatını boykot edən meksikalı futbol hakimləri fikrini dəyişib.

 

Sportal.az xəbər verir ki, buna ədalət təmsilçilərinin istəyinə çatması səbəb olub. Məsələ burasındadı ki, "Deportivo Toluka" klubunda çıxış edən Enrike Triverio və Pablo Aquiliarın oyunun baş hakiminə hücum edib, zərbə endirsə də, onların cəzası elə də ağır olmamışdı. Futbolçulara verilən 8 və 10 oyunluq cəzanın ağır olmadığını düşünən hakimlər, bu səbəbdən çempionatı boykot etmişdi. 

 

Məsələ burasındadı ki, hakimlər futbolçuların ən azı 1 il futboldan uzaqlaşdırılmasını istəyirdi. Meksika Futbol Federasiyası isə məsələyə yenidən baxaraq, cəzanın müddətini 1 illik edib.

 

Qeyd edək ki, hakimlərin etirazı 1 həftə çəkib.

Xəbər xətti