Braziliyanın “Şapekoense” klubunun prezidenti Pilinio David de Neves açıqlama verib.
Sportal.az xəbər verir ki, ötən ilin sonlarında baş vermiş təyyarə qəzasından sonra komandaya çətin durumda yalnız "Barselona" maliyyə yardımı göstərib:
"Barselona" bizə ilk gündən dəstək oldu. Onlar bizi Qamper kubokunda oynamağa dəvət etdilər. Yəqin ki, səfər xərclərini özləri qarşılayacaqlar. Bilet satışı və teleyayımdan əldə ediləcək gəlir isə aramızda bölünəcək”.
Xatırladaq ki, 2016-cı ilin noyabrın 29-da baş vermiş faciədə təyyarədə olan 77 sərnişindən 71-i dünyasını dəyişib. Onların əksəriyyəti “Şapekoense”nin üzvləri olub. Qəzadan xilas olan 6 nəfərdən 3-ü klubun üzvləridir.
saytlarin hazirlanmasi