Belçika millisində ciddi itki

10:26 - 21 Mart 2017

Belçika milli komandasının heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, “qırmızı iblislər”in aparıcı futbolçusu Eden Azar zədə səbəbindən qarşıdakı oyunlarda milliyə kömək edə bilməyəcək. “Çelsi”nin yarımmüdafiəçisi ayaq əzələsindən zədə alıb.

 

Buna görə, 26 yaşlı futbolçu Belçika millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Yunanıstanla və Rusiya ilə yoldaşlıq oyunlarını buraxmalı olacaq.

Xəbər xətti