Almaniya millisində ciddi itkilər

18:50 - 21 Mart 2017

DÇ-2018-in seçmə mərhələsində martın 26-da millimizin qonağı olacaq Almaniya yığmasının heyətində ciddi itkilər var.

 

Sportal.az xəbər verir ki, Bundestimin aparıcı futbolçuları Məsut Özil, Yulian Draksler və Mario Qomes zədədən əziyyət çəkir.

 

Bunu sabah İngiltərə millisi ilə yoxlama oyunu keçirəcək Bundestimin baş məşqçisi Yoahim Löv bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hər 3 futbolçu İngiltərəyə qarşı oynamayacaq: “Məsut Özil zədə səbəbindən İngiltərəyə qarşı oynamayacaq. Onun əzələ problemi var. Draksler də Özillə eyni aqibəti yaşayır. Mario Qomesin zədəsi isə ciddi deyil. O, yaxın 2-3 gün ərzində ikinci planda olacaq”.

 

Löv onu da əlavə edib ki, futbolçuların hansı müddətə sıraya dönəcəkləri bəlli deyil. Əgər futbolçuların durumu ciddi olsa, Azərbaycana qarşı oyunu da buraxmaq ehtimalları var.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər xətti