Almaniya millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə oyuna daha bir itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, dünən İngiltərə ilə yoldaşlıq matçında yığmada debüt oyununda zədələnən Timo Verner paytaxtımıza gəlməyəcək. 77-ci dəqiqədə zədələnərək əvəzlənən gənc hücumçu komandanın düşərgəsindən ayrılıb.
Qeyd edək ki, martın 26-da Bakıda millimizin qonağı olacaq Bundestimin heyətində Sami Xedira, Məsut Özil, Mario Qomes və Yulian Draksler də zədəlidir.
saytlarin hazirlanmasi