Özil millimizlə oyunöncəsi tənqid edildi: "Bunu etməklə böyük futbolçu ola bilmərsən"

14:56 - 23 Mart 2017

Almaniya millisinin sabiq qolkiperi Yens Leman Məsut Özil, Aleksis Sançes və Şkodran Mustafini sərt şəkildə tənqid edib.

 

Sportal.az xəbər verir ki, bir müddət "Arsenal"ın çərçivəsini qoruyan qolkiper Mustafi, Özil və Sançesin böyük oyunçular olduqlarını sübut etmədiklərini bildirib:

 

"Hər kəs Sançesdən danışır. O isə küsərək qıraqda dayanıb. Böyük futbolçu küsməməlidi. Məsut Özilin də performansı sualdı. Topla rəftar etməklə böyük futbolçu ola bilmərsən, ağıl cəhətdən də öndə olmalısan. Oyun çətin vəziyyətə düşəndə Özil komandasına nə qədər fayda verir?"

 

Qeyd edək ki, 47 yaşlı Leman 2003/08-ci illərdə "Arsenal"da çıxış edib. Hazırda RTL kanalında çalışan Almaniya millisinin sabiq üzvü DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Almaniya - Azərbaycan matçı üçün paytaxtımıza gələcək. O, millimizin sabiq baş məşqçisi Berti Foqtsla ekspert kimi çıxış edəcək.

 

Əlavə edək ki, Şkodran Mustafi və Məsut Özil Almaniya millisinin üzvləridi.

Xəbər xətti