Almaniya yığmasında zədə epidemiyası davam edir - "Borussiya"nın üzvü sıradan çıxdı

15:15 - 23 Mart 2017

Almaniya millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə oyunöncəsi daha bir itki ilə üzləşib.


Sportal.az xəbər verir ki, dünən İngiltərə ilə yoldaşlıq matçında “Borussiya”nın yarımmüdafiəçisi Yulian Vayql zədələnib. 65-ci dəqiqədə meydanı tərk edən futbolçu ayağında ağrıların olduğunu bildirib:

 

“Zədəm ciddi deyil, amma ağrılar var. Milli ilə Bakıya yollansam da, durumuma orda aydınlıq gələcək. Çünki bir gündə hər şey düzələ də bilər. Amma zədəmin düzəlməmə ehtimalı da var. Mən ümid edirəm ki, həmin matçda oynayacam”.

 

Qeyd edək ki, Almaniya millisinin heyətində Manuel Noyer, Mario Qötse, Marko Roys, Jerom Boatenq, Timo Verner kimi futbolçuların oynamayacağı dəqiqdi. Məsut Özil, Sami Xedira, Mario Qomes və Yulian Drakslerin isə oyun gününə qədər hazır olacaqları ehtimal edilir.

 

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-ı, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Xəbər xətti