Çin Super Liqasında çıxış edən “Şanxay Şenhua”nın stadionunda yanğın baş verib.
Sportal.az xəbər verir ki, ölkənin ən iddialı klublarından olan klubun “Honqkou” stadionuna böyük xəsarət dəyib. Meydançaya heç bir ziyan dəyməsə də, arenanın üst qismi və oturacaqlar sıradan çıxıb. Klubdan edilən açıqlamada heç kimin həyatını itirmədiyi açıqlanıb.
Çin mətbuatında yanğının səbəbinin bəlli olmadığı qeyd edilib.
Xatırladaq ki, “Şanxay Şenhua”da Karlos Teves, Obafemi Martins və Fredi Quarin kimi məşhur futbolçular çıxış edir.
saytlarin hazirlanmasi