UEFA "Partizan"ı 3 il müddətinə avrokuboklardan kənarlaşdırması ilə bağlı verdiyi cəzanı ləğv edib.
Sportal.az xəbər verir ki, Serbiya təmsilçisi yeni mövsümdən etibarən avrokuboklarda mübarizə apara biləcək. Belqrad klubu Beynəlxaq İdman Arbirtaj məhkəməsinə müracət edərək borclarını ödəyəcəyini bildirib. "Partizan" öhdəliklərini yerinə yetirdikdən sonra UEFA cəzanı ləğv edib.
Qeyd edək ki, "Partizan" hal-hazırda Serbiya çempionatında ikinci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi