FİFA-dan Messiyə sərt cəza

19:06 - 28 Mart 2017

FİFA Lionel Messini cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, buna ulduz futbolçunun DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çili ilə matçdan (1:0) sonra yan xətt hakimini təhqir etməsi olub. Belə ki, 30 yaşlı hücumçu hakimin anasını söyüb.

 

Messinin bu hərəkəti ona baha başa gəlib. FİFA məsələni araşdırdıqdan sonra "Barselona"nın futbolçusuna 4 oyunluq cəza verib. Cəza yalnız milli komandanın oyunları üçün nəzərdə tutulub.

Xəbər xətti