Hollandiya millisini çalışdırmaqdan imtina etdi

14:21 - 29 Mart 2017

Hollandiya Futbol Federasiyasının rəhbərliyi millinin baş məşqçisi postuna kimin gətiriləcəyini müəyyənləşdirməyib. “Narıncılar” çalışdırmağa bir neçə namizəd olsa da, hələlik yekun ad açıqlanmayıb.

 

Sportal.az xəbər verir ki, namizədlərdən biri bu təklifdən imtina edib. Bu, son olaraq İtaliyanın “İnter” klubunda çalışmış Frank de Burdur.

 

Belə bir iddia ilə “Football İtalia” çıxış edib. Qəzetin məlumatına görə,mütəxəssis özünü klub məşqçisi kimi təsdiq etmək niyyətindədir. O, buna görə də millidən gələn təklifə “yox” deyib.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində Bolqarıstana məğlubiyyətdən sonra millinin baş məşqçisi Denni Blind istefaya göndərilmişdi.

Xəbər xətti