Evans millimizlə oyunu buraxacaq

12:01 - 31 Mart 2017

DÇ-2018-in seçmə mərhələsinin VI turunda millimizlə qarşılaşacaq Şimali İrlandiya millisi ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, millinin baş məşqçisi Maykl O`nil yığmamızla matçda Kerri Evansın xidmtindən istifadə edə bilməyəcək.

 

Buna 27 yaşlı futbnolçunun zədədən əziyyət çəkməsi səbəb olub.

 

Yarımmüdafiəçinin formasını geyindiyi "Blekbörn" klubunun baş məşqçisi Toni Mourbey açıqlamasında bildirib ki, Evans mövsümün sonuna qədər yaşıl meydanlara çıxmayacaq: "Biz istəyərik ki, Kerri tez sağalsın, komandaya xeyir verə bilsin. Lakin bu, inandırıcı deyil. Onun kiçik cərrahiyyə əməliyyatına ehtiyacı var. Əgər futbolçu əvvəlki vəziyyətinə qayıtmaq istəyirsə, tam sağalmalıdır".  

 

Əlavə edək ki, Evans millidə 34 oyuna 1 qol vurub.

 

Qeyd edək ki, Azərbaycan - Şimalı İrlandiya oyunu iyunun 10-da baş tutacaq. 

Xəbər xətti