"İsgəndər Cavadovu vurduğum üçün məni Moskvaya çağırdılar"

13:32 - 1 Aprel 2017

“Neftçi”də İsgəndər Cavadov adlı bir hücumçu vardı. İnadkar oğlan idi".

 

Sportal.az xəbər verir ki, bunu müsahibəsində Minsk "Dinamo"sunun futbolçusu olmuş Yuri Truxan “Belarus seqodnya” qəzetinə verdiyi müsahibədə deyib.

 

Paytaxt təmsilçisinin heyətində SSRİ çempionatının qalibi, gümüş medalçısı olan keçmiş mərkəz müdafiəçisi "Neftçi" ilə qarşılaşma rəqibi olmuş İsgəndər Cavadovu xatırlayıb:

 

"Yadımdadır, Bakıda oynayırdıq. Qapıçımız topu artıq bağlamışdı, ancaq Cavadov ona bilərəkdən butsusunun "şipləri" ilə zərbə vurdu. Bunu diqqətdən kənarda qoymaq? Yox, bu, mənim xarakterimdə deyil. Hakimin görmədiyini andan istifadə edərək Cavadova elə zərbə vurdum ki, bunu uzun müddət yadda saxlayacaq. O, oyunu gözünün altı qaralmış şəkildə bitirdi. Düzdür, sonradan videoyazıya baxaraq məni Moskvaya çağırdılar. Nizam-İntizam Komitəsinin qərarı ilə 5 oyunluq cəzalandırdılar. Qoy, belə olsun, ancaq rəqibin meydanda belə hərəkətinin qarşısında geri çəkilmək olmaz. Əks halda, sənə hörmət etməyəcəklər".

Xəbər xətti