Xorvatiya millisinin sabiq üzvü İvan Klasniç keçmiş klubu "Verder"in iki həkimindən şikayətçi olduğu üçün Bremen məhkəməsinə müraciət edib.
Sportal.az xəbər verir ki, buna səbəb hücumçunun düzgün qaydada müalicə edilməməsidir. Bu səbəbdən xorvat forvard şəhər məhkəməsinə müraciət edərək 100 min avro təzminat tələb edib. Məhkəmə məsələdə Klasniçi haqlı çıxarıb.
Klasniçin iddiasına görə, futbolçunun böyrəklərinin işləməməsinin səbəbi həkimlərdi. Buna görə də Göets Dimanski və Manhu Guya futbolçuya birlikdə 200 min avro ödəməlidir.
Bundan başqa xorvatiyalı bu səbəbdən karyerasının müddətinin qısalmasına görə həkimlərdən yenidən şikayətçi ola bilər.
Qeyd edək ki, 2007-ci ildəki səhv müayinəyə görə İvan Klasniç 1 milyon avro ziyana düşüb.
saytlarin hazirlanmasi