Bastian Şvaynştayger okeanın o tayında qolla başladı VİDEO

15:04 - 2 Aprel 2017

Bastian Şvaynştayger MLS-də debüt oyunu barədə danışıb.

 

Sportal.az xəbər verir ki, “Çikaqo”da çıxış edən Bastian “Monreal”al oyunda (2:2) bir qol vurub. O, qarşılaşmadan sonra verdiyi açıqlamada bildirib ki, oyunundan razı qalıb, amma daha da artıra bilər:

 

“İlk qarşılaşmada qol vurmaq əla oldu. Təəssüf ki, qələbə qazana bilmədik. 90 dəqiqə oynamaq çətindi. Çikaqoya 4-5 gün əvvəl gəlmişəm. Məşqlər yaxşı gedir. Yaxşı forma yığmaq üçün hələ ayrıca məşq edirəm. İlk oyundan razıyam, amma hesab edirəm ki, daha da artıra bilərəm”.

 

Xəbər xətti