"Seltik" klubu ardıcıl 6-cı dəfə futbol üzrə Şotlandiya çempionu olub.
Sportal.az xəbər verir ki, komanda sona 8 tur qalmış buna nail olub. 30-cu turda səfərdə "Harts"ı 5:0 hesabı ilə yenən Brendan Rocersin yetirmələri son 88 ildə ən erkən çempion adını qazanıb.
"Seltik" oynadığı qarşılaşmalarda bir məğlubiyyət belə almayıb və cəmi iki heç-heçə edərək, 86 xal toplayıb. İkinci pillədəki "Aberdin"in 61 xalı var.
Tarixində 48-ci dəfə əldə etdiyi çempionluq sayəsində Qlazqo təmsilçisi 2017-2018 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış edəcək.
saytlarin hazirlanmasi