Sabiq "Qəbələ"li 3-cü liqa klubunda

11:22 - 4 Aprel 2017

"Qəbələ"nin sabiq baş məşqçisi Dorinel Muntyanunun yeni iş yeri məlum olub.
 
Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssis karyerasını ölkəsində davam etdirəcək. 48 yaşlı mütəxəssis Rumıniya 3-cü liqasında mübarizə aparan "Reşita” klubunun idman direktoru təyin olunacaq. Onunla bu gün müqavilə imzalanacaq.

 

Xatırladaq ki, rumıniyalı çalışdırıcı 2014-cü ilin iyununda "Qəbələ"yə baş məşqçi təyin edilmişdi. O, 5 aydan sonra vəzifəsindən uzaqlaşdırlmışdı.

Xəbər xətti