Kasilyas "Portu"dan ayrılır?

15:30 - 6 Aprel 2017

İker Kasilyas "Portu"dan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, məlumatı Portuqaliya mətbuatı yayıb. Belə ki, yayılan məlumata görə, təcrübəli əlcək sahibi karyerasını Fransanın "Marsel" klubunda davam etdirə bilər.

 

Ancaq yerli mətbuata açıqlama verən ispaniyalı qapıçının xanımı Sara Karbenero məlumatı təkzib edib.

 

Qeyd edək ki, cari mövsümdə 37 matça çıxan Kasilyas qapısında 20 qol görüb.

Xəbər xətti