Argentina millisi baş məşqçisini qovur

10:38 - 7 Aprel 2017

Argentina Futbol Federasiyası millinin komandanın çalışdırıcısı Edqardo Bauza ilə yolları ayıracaq.

 

Sportal.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsindəki uğursuz çıxış bu addıma səbəb olub. Bauzanın göndəriləcəyi yaxın günlərdə rəsmən açıqlanacaq.

 

Qeyd edək ki, Argentina millisi DÇ-2018-in Cənubi Amerika üzrə seçmə mərhələsində 14 turdan sonra 22 xalla 5-ci pillədə qərarlaşır.

Xəbər xətti