Kaxaber Tsxadadze “Kayrat”dan qovulur?

15:28 - 8 Aprel 2017

Bakının "İnter" klubunun sabiq baş məşqçisi Kaxaber Tsxadadzenin hazırda çalışdığı “Kayrat”da fəaliyyətini davam etdirəcək. 

 

Sportal.az xəbər verir ki, bu barədə Almatı təmsilçisinin Müşahidə Şurasının sədri Kayrat Boranbayev "İnstagram" sosail şəbəkəsindəki səhifəsində məlumat verib. Boranbayev son vaxtlar komandanın uğursuz çıxışına görə 49 yaşlı mütəxəssisi istefaya göndərməyəcəklərini yazıb:

 

"Kayrat"da baş məşqçi vəzifəsi ilə bağlı son söz-söhbətləri aydınlıq gətirmək istərdim. Heç şübhəsiz ki, Kaxaber klubda fəaliyyətini davam etdirəcək. Bizdə ona tam inam var. Baş məşqçi vəzifəsinə heç bir başqa namizədi nəzərdən keçirmirik".

 

Xatırladaq ki, "Kayrat" Sxadadzenin rəhbərliyi altında debüt mövsüçündə çempionatda gümüş medalı və ölkə Super kubokunu qazanıb.

Xəbər xətti