Millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Aue” klubu II Bundesliqanın 28-ci turu çərçivəsində “1860 Münhen”i qəbul edib və qarşılaşmada 3:0 hesablı qələbə qazanıb. Nazarov matçda dubl edib. Millimizin futbolçusu 42 və 73-cü dəqiqələrdə penaltidən dəqiq yararlanıb. Bu, Nazarovun mövsümdə 6 və 7-ci qolları olub.
Sportal.az xəbər verir ki, oyundan sonra açıqlama verən 27 yaşlı yarımmüdafiəçi bunları söyləyib:
“Rəqibi səhvlər etməsinə məcbur etdik. Şanslarımızdan yaxşı istifadə etdik. Yavaş-yavaş autsayderlərdən uzaqlaşırıq. Amma arxayınlaşmaq olmaz. Məğlubiyyətsiz oyunlar seriyamızı davam etdirməliyik. Maksimum gücümüzü ortaya qoyub, turnir cədvəlində irəli getmək istəyirik”.
“Aue” 2-ci Bundesliqanın turnir cədvəlində 32 xalla 15-ci pillədədir.
saytlarin hazirlanmasi