Braziliya millisinin sabiq üzvü Ze Roberto karyerası ilə bağlı önəmli qərar verib. “Palmeyras”da çıxış edən futbolçu mövsümün sonunda karyerasını başa vuracaq.
Sportal.az xəbər verir ki, bu barədə Braziliya mətbuatına açıqlamasında 43 yaşlı futbolçu özü məlumat verib. O, mövsümün axırında futolla vidalaşacağını vurğulayıb.
Qeyd edək ki, yarımmüdafiəçi karyerası ərzində “Real”, “Bayer”, “Bavariya” və “Hamburq” kimi komandalarda çıxış edir.
saytlarin hazirlanmasi