Xorxe Sampaoli mövsüm başa çatdıqdan sonra “Sevilya”dan ayırlacaq.
Sportal.az xəbər verir ki, Sampaoli Argentina Futbol Federasiyası ilə danışıqları müsbət tamamlayıb. Mövsüm başa çatdıqdan sonra argentinalı çalışdırıcı yığmanın "sükanı arxasına" keçəcək.
57 yaşlı mütəxəssis yaxın günlərdə federasiya ilə müqavilənin detallarını müzakirə etmək üçün növbəti görüşünü keçirəcək.
Qeyd edək ki, Sampaoli cari mövsümdən "Sevilya"nı çalışdırır.
saytlarin hazirlanmasi