İsveçrə Super Liqasında cari mövsümün qalibi məlum olub.
Sportal.az xəbər verir ki, çempioantın başa çatmasına 6 tur qalmış "Bazel" çempionluğunu bayram edib. Super Liqanın 30-cu turunda səfərdə "Lütsern"i 2:1 hesabı ilə məğlub edən "Bazel" 2-ci pillədəki "Yanq Boyz"la xal fərqini 24-ə yüksəldib.
Bununla da "Bazel" ardıcıl 8-ci, ümumilikdə isə 20-ci çempionluğunu qazanıb.
saytlarin hazirlanmasi