Dünyanın ən yaşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Sportal.az xəbər verir ki, siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adları var.
Ötən cədvəldə 443-cü pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov 9 pillə irəliləyib. Təcrübəli mütəxəssis aktivindəki 1361 xalla 434-cü yerdə qərarlaşıb.
44 yaşlı çalışdırıcı siyahıda Hamza Hamzaoğlu, Marko Silva, Xose Qonsales, İqor Tüdor, Pako Ayestaran, Tolunay Kafkas, Roberto Mançini, Rafael Benites, Hasan Kutlu, Mayk Felan, Vitor Pereyra və Çezare Prandelli kimi təcrübəli baş məşqçiləri qabaqlayıb.
“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk da irəliləyib. 11 pillə irəliləyən ukraynalı mütəxəssis aktivindəki 852 xalla 612-cidir.
Siyahıya isə “Real”ın çalışdırıcısı Zinəddin Zidan başçılıq edir. Onun aktivində 16873 xal var. 2-ci yerdə 14216 xalla “Barselona”nın baş məşqçisi Luis Enrike qərarlaşıb. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone 12994 xalla 3-cüdür. “Yuventus”un baş məşqçisi Massimilyano Alleqri 11811 xalla 4-cü, “Monako”non “sükanı arxasında” olan Leonardo Jardim isə 10724 xalla 5-cidir.