İngiltərə Premyer Liqasında çıxış edən “Vest Hem” “Napoli”nin hücumçusu Dris Mertensi transfer etmək üçün hərəkətə keçib.
Sportal.az xəbər verir ki, Londin klubu Belçika millisinin üzvü üçün "Napoli"yə 30 milyon avro təklif edib. Lakin neapollular "çəkicdöyənlər"in təklifini rədd edib.
İtaliya mətbuatında yer alan məlumata görə, Mertens "Napoli" ilə 2021-ci ilə qədər müqavilə imzalayacaq və onun illik qazancı 4,5 milyon avro olacaq.
Qeyd edək ki, Mertens 2013-cü ildən çıxış edir. 29 yaşlı forvard cari mövsümdə 42 oyun keçirib və 28 dəfə qol vurub.
saytlarin hazirlanmasi