Birinci yerin sahibi yüksək liqaya buraxılmadı: "Aclıq və ölüm aksiyası elan edəcəyik"

18:33 - 3 May 2017

Hindistan futbolunda maraqlı hadisə baş verib. 

 

Sportal.az xəbər verir ki, "Aizavl" klubu birinci liqada çempion olsa da, federasiya tərəfindən yüksək liqaya buraxlmayıb. Bu, Hindistan Futbol Federasiyasının yeni sistemə keçməsi ilə bağlıdır. Belə ki, Fedrasiya gələn mövsüm 3 mərhələli liqa sistemindən istifadə edəcək və qərara əsasən, çempion yenidən eyni liqada mübarizə aparmalı olacaq. 

 

Ancaq klub bu qərarla razı deyil. "Aizavl" rəsmi saytı vasitəsi ilə qərara etirazını belə bilirib: "Lazım olan sənədləri Hiondistan Futbol Federasiyasına təqdim etmişik. Əgər etirazımız qəbul edilməsə, idman naziri, baş nazir və Aisya Futbol Konfederasiyasına müraciət edəcəyik".

 

Klub bu qurumların da müraciətə baxmayacağı təqdirdə, daha ciddi tədbirlər görəcəyini bəyan edib: "Müraciətimiz qəbul olunmasa, HFF-nin və FİFA-nın binasının qarşısında oturma, AFK-nın binasının qarşısında isə aclıq və ölüm aksiyası elan edəcəyik".

 

Qeyd edək ki, "Aizavl" birinci liqada 37 xalla birinci yeri tutub.

Xəbər xətti