“Qarabağ”ın futbolçusu üçün yeni baş məşqçi

01:41 - 5 May 2017

Cənubi Afrika Respublikası millisinə yeni baş məşqçi təyin olunub.

 

Sportal.az xəbər verir ki, komandanı şotlandiyalı mütəxəssis Stüart Bakster çalışdıracaq. 63 yaşlı çalışdırıcı dekabrda istefaya göndərilən Efraima Maşabunu əvəzləyəcək.

 

Onun qarşısındakı əsas vəzifə isə komandanı Rusiyada təşkil ediləcək DÇ-2018-ə  çıxarmaqdı.

 

Bu, Baksterin CAR millisində ilk işi olmayacaq. Belə ki, şotland mütəxəssis 2004-2005-ci illərdə komandanı çalışdırmış, ancaq DÇ-2006-ya çıxara bilməmişdi.

 

“Qarabağ”ın hücumçusu Dino Ndlovu CAR millisinin üzvüdü. 

Xəbər xətti