“Napoli”nin əfsanəvi futbolçusu Dieqo Armando Maradona açıqlama verib.
Sportal.az xəbər verir ki, argentinalı keçmiş futbolçu Mauriso Sarrinin gedişi baş tutsa, “Napoli”də baş məşqçi olmaq istədiyini dilə gətirib:
“Napoli”də baş məşqçi olmaq? Əgər şəhər sakinləri istəsə, niyə də yox? Amma öz problemlərimi həll etməliyəm. Onda sonra “Napoli”nin “sükanı arxası”na keçərəm. “Napoli”də yaxşı işlər görməliyik, çünki mən güclü komanda qurmaq istərdim. “Yuventus”, “Roma”, “İnter” və “Milan”la rəqabət aparmğı bacaran klub yaratmalıyıq”.
Qeyd edək ki, Maradona “Napoli”nin səfiridi. 56 yaşlı mütəxəssis 2008/10-cu illərdə Argentina millisini, 2011/12 mövsümündə isə BƏƏ-nin “Əl Vasl” klubunu çalışdırıb.
saytlarin hazirlanmasi