50 milyon avroya Çinə transfer olacağı deyilən "Fiorentina"nın futbolçusu Nikola Kaliniçlə bağlı Asiya ölkəsindən açıqlama gəlib.
Sportal.az xəbər verir ki, "Tianşin Quanjan" klubunun rəsmiləri xorvatiyalı hücumçu ilə maraqlanmadıqlarını bildiriblər. Çin mətbuatına açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Kaliniçi transfer etmək kimi bir düşüncələrinin olmadığını söyləyib:
"Dünyaca məşhur bir qolçu transfer edəcəyimizi demişik. Amma əminliklə deyirəm ki, Kaliniç onlardan biri deyil. Hazırda onunla maraqlanmadığımızı deyə bilərəm".
saytlarin hazirlanmasi