"Feyenoord"un hücumçusu Dirk Kuyt futbolçu karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, bu barədə Hollandiya klubunun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb. 36 yaşlı oyunçu bu həftənin sonuna qədər məşqlərdə iştirak edəcək. Bundan sonra o, klubun strukturunda vəzifələrdən birində çalışacaq.
Qeyd edək ki, Kuyt cari mövsüm "Feyenoord"la Hollandiya çempionu olub. O, karyerası ərzində "Utrext", "Liverpul", "Fənərbaxça" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi