İsveç Futbol Federasiyası bu gün İsveç Liqasının 9-cu turunda keçiriləsi planlaşdırılan “Göteborq” – AİK matçını təxirə salıb.
Sportal.az xəbər verir ki, Federasiyanın rəsmi saytından edilən açıqlamaya görə, AİK-in futbolçularından biri komanda üzvlərinə “Göteborq”a uduzmalarına külli miqdarda pul təklif edildiyini bildirib.
Məlumatdan sonra Federasiya oyunu təxirə salıb. İsveç Futbol Federasiyasının baş katibi Hakan Syörtsand bunları bildirib:
“Bu, İsveç futbolunu ləkələmək üçün atılmış addımdır. Bunu qəbul edə bilmərik. Əlimizdəki məlumatlara görə “Göteborq” – AİK matçının təmiz keçəcəyini qaranti verə bilməzdik. Bu səbəbdən oyunu təxirə saldıq”.
saytlarin hazirlanmasi