"Portu" baş məşqçisini qovdu

10:14 - 23 May 2017

Portuqaliya Premyer Liqasında mövsümü 2-ci yerdə aşa vuran “Portu” baş məşqçisinə qapını göstərib.

 

Sportal.az xəbər verir ki, “əjdahalar” Nunu Eşpiritu ilə yolları ayırıb. 43 yaşlı mütəxxəsis komandaya Premyer Liqa çempionluğunu qazandırmadığı üçün göndərilib.

 

“Portu” mövsümü çempion “Benfika”dan 6 xal geri qalaraq 2-ci yerdə tamamlayıb.

 

Qeyd edək ki, Eşpiritu mövsümün əvvəlində “Portu”nun baş məşqçisi təyin edilmişdi.

Xəbər xətti