Çində əcnəbi transferlərdən 100 faiz vergi alınacaq

11:37 - 25 May 2017

Çin Futbol Federasiyası əcnəbi futbolçuların transferinə vergini artırmağı planlaşdırır.

 

Sportal.az xəbər verir ki, federasiya yeni qaydası 2018-ci ildən qüvvəyə minəcək. Klublar əcnəbi futbolçunun transferi üçün federasiyaya vergi ödəyəcək. Qurum vergini 100 faiz alacaq. Yəni, futbolçunu transfer etmək üçün ödənilən məbləğ federasiyaya da ödəniləcək.

 

İdddialara görə, federasiya bu yolla gənc futbolçulara yatırım etməyi planlaşdırır.

Xəbər xətti