"Panatinaikos"un 5 xalı silindi

14:50 - 30 May 2017

"Panatinaikos" sərt cəzaya məruz qalıb.

 

Sportal.az xəbər verir ki, buna Yunanıstan liqasının pley-offunda PAOK-a qarşı matçda azarkeşlərin etdiyi hərəkətlər səbəb olub.
 
Sözügedən oyunda PAOK-un futbolçusu Vardaya qırmızı vərəqə göstərilib. Bundan sonra azarkeşlər arasında dava düşüb. Dava zamanı rəqib komandanın azarkeşlərindən biri PAOK-un baş məşqçisi Vladan İviçin üzərinə pivə butulkası tullayıb. Nəticədə başından zədə alan məşqçi xəstəxanaya aparılıb, oyun isə 55-ci dəqiqədə yarımçıq dayandırılıb.
 
PAOK-un 1:0 hesabı ilə qalib gəldiyi oyunda "Panatinaikos"a 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan başqa, klubun 5 xalı silinib. “Panatinaikos”un 3 xalı Çempionlar Liqasına vəsiqə uğrunda keçirilən pley-off oyunlarında, daha 2 xalı isə növbəti mövsümün startında silinəcək.
 
Həmçinin klub 2 ev oyununu azarkeşsiz keçirəcək.
 
Kluba verilən cəza bununla da bitməyib. "Panatinaikos" 41 milyon 500 min avro məbləğində cərimələnib.

Xəbər xətti