Aqolli millidən kənarda qaldı

15:54 - 2 İyun 2017

Albaniya millisinin qarşıdakı oyunlar üçün heyəti açıqlanıb. 

 

Sportal.az xəbər verir ki, baş məşqçi Canni De Biası yığmaya 23 futbolçu dəvət edib. Maraqlıdır ki, mütəxəssis bu dəfə komandanın kapitanı, son Azərbaycan çempionu "Qarabağ"da forma geyinən Ansi Aqollini millidən kənarda qoyub. 

 

Qeyd edək ki, Albaniya millisi iyunun 4-də Lüksemburq millisi ilə yoxlama oyunu keçirəcək. Komanda iyunun 11-də DÇ-2018-in seçmə mərhələsində İsrail yığması ilə üz-üzə gələcək.

Xəbər xətti