“Zenit”dən ayrılan Mirça Luçesku karyerasını Yunanıstanda davam etdirə bilər.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis PAOK-dan təklif alıb. Saloniki klubunun idman direktoru Luboş Mihelin Luçesku ilə münasibətləri çox yaxşıdır. Bu səbəbdən münasibətlərin rəsmiləşəcəyi ehtimal edilir.
Xatırladaq ki, “Zenit”də cəmi bir mövsüm çalışan Luçesku komandadan qovulduğu üçün 2 milyon avro kompensasiya alıb.
saytlarin hazirlanmasi