Aaron Hyuz: "Azərbaycan millisinin baş məşqçisi bizi haqda yaxşı fikirlər deməmişdi"

10:55 - 6 İyun 2017

Şimali İrlandiya yığmasının müdafiəçisi Aaron Hyuz açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Şotlandiyanın "Harts" klubunda çıxış edən 37 yaşlı futbolçu millimizlə oyunöncəsi fikirlərini bildirib: 

 

"Seçmə mərhələnin oyunlarında yaxşı çıxış etmişik. Qrupun favoriti Almaniyadır. Biz isə pley-offa çıxmaq üçün sona qədər mübarizə aparacağıq. Dünya çempionatına getsək, bu, fantastika olar. Bu yaşda yığmada qalmağımın əsas səbəbi də elə budur. Azərbaycanla oyun isə çətin keçəcək. BU komandaya qarşı oynamaq asan olmayacaq. Rəqibə ciddi yanaşmaq lazımdır. 2005-ci ildə Azərbaycanla səfər oyununda heyətdə idim. Həmin matç qolsuz yekunlaşmışdı. Xatırlayıram ki, rəqibin baş məşqçisi Karlos Alberto oyundan sonra komandamız haqda elə də yaxşı fikirlər deməmişdi".

 

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu iyunun 10-u, saat 20:00-da  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Xəbər xətti