Jardimdən gözlənilməz addım - Çin klubuna gedir

10:52 - 7 İyun 2017

"Monako"nun baş məşqçisi Leonardo Jardim klubdan ayrılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, Jardim "Monako"nun Çin klubuna dəyişəcək. Mütəxəssis "Beytzin Qoyan" klubu ilə anlaşıb. 42 yaşlı çalışdırıcı Super Liqa klubu ilə 3 illik müqavilə bağlayacaq. Portuqaliyalı çalışdırıcının illik maaşı 12 milyon avro olacaq.

 

Qeyd edək ki, "Monako" bu mövsüm Jardimiin rəhbərliyi altında Fransa çempionu olub və Çempionlar Liqasında yarımfinala qədər irəliləyib. O, 2014-cü ildən Knyazlıq klubunu çalışdırırdı.

Xəbər xətti