“Neftçi”nin futbolçusu Georgi Navalovski Gürcüstan millisinin heyətində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, müdafiəçi Sent-Kits və Nevis yığması ilə yoldaşlıq görüşündə əsas heyətdə meydana çıxıb. Qarşılaşma Gürcüstan millisinin qələbəsi ilə başa çatıb – 3:0.
Yay transfer dönəmində “Qəbələ”ni Qazaxıstanın “Tobol” klubuna dəyişən yarımmüdafiəçi Nika Kvekveskiri də ilk dəqiqələrdən meydanda olub.
Qeyd edək ki, Gürcüstan millisi növbəti oyununu DÇ-2018-in seçmə mərhələsində Moldova yığmasına qarşı keçirəcək.
saytlarin hazirlanmasi