Onil: "Bakının istisi bizə problem ola bilər"

12:30 - 8 İyun 2017

Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil açıqlama verib.

 
Sportal.az xəbər verir ki, mütəxəssis Bakıda millimizlə keçiriləcək DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunöncəsi fikirlərini bildirib:

 

“Bu vaxtlar Azərbaycanda 30 dərəcəyə yaxın isti var. Bu, bizim üçün ciddi problem ola bilər. Ona görə də Azərbaycandakı iqlimə daha tez uyğunlaşmaq üçün Türkiyədə təlim-məşq toplanışı keçirik. Bazar ertəsindən burada daha çox isti olub. Türkiyədə Bakıda keçirəcəyimiz oyunun vaxtına uyğun saatlarda məşq etmişik. İqlimə uyğunlaşmaqla bağlı yaxşı hazırlıq keçmişik. Axşamlar hava bir qədər mülayim keçir. Axşam məşqlərini də Azərbaycanla oyun saatına salırıq. Ümid edirəm ki, hava şəraiti oyunda böyük rol oynamayacaq. Bakıdakı qarşılaşmada fiziki mübarizə ön planda olacaq. Əlbəttə, başqa amillər də öz təsir göstərə bilər. Diqqətli yanşmaq lazımdır”.

 

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu iyunun 10-u, saat 20:00-da  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Xəbər xətti