Hollandiya millisinin futbolçusu Uesli Sneyder yeni rekorda imza atıb.
Sportal.az xəbər verir ki, o, Hollandiya millisində ən çox oyun keçirən futbolçu olub. 33 yaşlı yarımmüdafiəçi üçün DÇ-2018-in seçmə mərhələsində Lüksemburqla matç yığmadakı 131-ci görüşü olub. Bu nəticə ilə o, Edvin var der Sarı (130) geridə qoyaraq ilk pilləyə yüksəlib.
Qeyd edək ki, U.Sneyder Lüksemburqa 5:0 hesabı ilə qalib gəldikləri oyunda 1 qol vurub.
saytlarin hazirlanmasi