DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan – Şimali İrlandiya matçı rəqib komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Maykl O`Nil fikirlərini bildirib.
Britaniyalı mütəxəssis öncə oyun haqda danışıb:
- Çətin oyun oldu. Azərbyacan millisi çox yaxşı oynadı. Bizim üçün vacib olan nəticə idi və bunu əldə etdiyimiz üçün çox sevincliyik.
- Cərimə meydançasının yaxınlığında Namiq Ələsgərova qarşı kobudluğa matçın baş hakimi göz yumdu. Ümumiyyətlə, idarəçilikdən razısınız?
- Hakimlərin idarəçiliyindən çox razı qaldım. Namiqin epizodu cərimə meydançasından kənarda idi, ona görə də çox danışmaq lazım olduğunu düşünmürəm.
- Azərbaycan çox yaxşı futbol sərgilədi. Necə düşünürsünüz, nəticə ədalətli oldu?
- İlk hissədə bizim də imkanlarımız oldu. Amma yararlana bilmədik. Qrupda lider Almaniya yığmasıdı. Çalışacağıq ki, ikinci pillənin sahibi biz olaq. Yenə deyirəm, Azərbaycan yaxşı oyun sərgilədi. Rəqibin oyununa kölgə salmaq istəmirəm.
saytlarin hazirlanmasi