“Çox çətin qarşılaşma oldu. Düzü, Azərbaycan millisinin belə oynayacağını gözləyirdik. Seçmə mərhələni uğurla davam etdirmək üçün mütləq qələbə qazanmaq niyyətində idik. Son dəqiqəyə qədər mübarizə apardıq və istəyimizə nail olduq”.
Sportal.az xəbər verir ki, bu sözləri Şimali İrlandiya millisinin üzvü Kayl Lafferti Deyib. DÇ-2108-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Şimali İrlandiya oyunundan sonra jurnalistlərin suallarını cavablandıran hücumçu matçla bağlı fikirlərini bildirib. O, millimizdən belə oyun gözləmədiyini söyləyib:
“Etiraf etməliyəm ki, Azərbaycan millisi çox yaxşı oyun sərgilədi. Rəqibimiz xüsusən də ikinci hissədə effektli oyun sərgilədi. Əgər hesabı aça bilsəydilər, oyunda tarazlıq yaratmaq çətin olacaqdı”.
saytlarin hazirlanmasi