İtaliyalı baş məşqçi Fabio Kapellonun yeni iş yeri bəlli olub.
Sportal.az xəbər verir ki, 70 yaşlı çalışdırıcı fəaliyyətini Çində davam etdirəcək. Təcrübəli mütəxəssis Çin Super Liqasında yarışan "Yanszu Sanin" klubun "sükanı arxası"na keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kapello 1,5 illik müqaviləyə qol çəkib. Onun həftəlik qazancı isə 120 min funt-sterlinq olacaq.
Qeyd edək ki, Çində Rojer Şmidt, Fabio Kannavaro, Qustavo Poyet, Luis Felipe Skolari və Manuel Pelleqrini kimi tanınmış məşqçilər çalışır.
saytlarin hazirlanmasi