Buffon rekorda doğru

13:43 - 12 İyun 2017

İtaliya millisinin qolkiperi Canluici Buffon üçün DÇ-2018-in seçmə mərhələsində Lixtenşteynə qarşı matç (5:0) əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı əlcək sahibi milli komandada 169-cu oyununa çıxıb. Bu nəticə ilə Buffon milli komandalarda ən çox oyun keçirən 5-ci futbolçu olub.

 

Bu göstəricidə ilk pillədə Misirin futbolçusu Ahmet Hassandır. O, yığmada 184 oyun keçirib. Misirin digər futbolçusu Hossan Hassan 178 oyunla 2-cidir. Meksikalı Kladio Suares 177 oyunla üçüncü, Səudiyyə Ərəbistanı millisinin üzvü Muhammed El Deayya isə 172 oyun matçla dördüncü yerdə qərarlaşıb.

Xəbər xətti