Karlos dopinq iddialarına münasibət bildirdi

13:50 - 12 İyun 2017

Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos dopinq ittihamı ilə üz-üzə qalıb.

 

Sportal.az xəbər verir ki, bunu Almaniyanın ARD kanalı iddia edib. Məsələ ilə bağlı açıqlama verən Karlos bu iddiaları təkzib edib:

 

"ARD-nin haqqımdakı iddiaları rədd edirəm. Hər zaman düzgün şəkildə oynamışam. Komanda yoldaşlarımla haqsız rəqbət aparmamışam. Karyeram ərzində heç vaxt dopinqdən istifadə etməmişəm. Mən bu kanalda haqqımda danışan həkimi heç tanımıram da. Artıq vəkilim işlə məşğuldur".

Xəbər xətti