Millinin baş məşqçisi qovuldu

17:21 - 15 İyun 2017

Cənubi Koreya Futbol Federasiyası millinin baş məşqçisi Uli Ştilikeni qovub.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı “France Press” yayıb. Xəbərdə alman mütəxəssisin qovulmasına səbəb kimi millinin son oyunlarda uğursuz çıxış etməsi göstərilib. Belə ki, koreyalılar bir neçə gün öncə DÇ-2018-in seçmə mərhələsində səfərdə Qətərə 2:3 hesabıyla məğlub olub.

 

Cənubi Koreya millisi seçmə mərhələnin A qrupunda 8 oyundan sonra 13 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Ştilike 2014-cü ildən Cənubi Koreya millisini çalışdırırdı.

Xəbər xətti